Yuxarı

Bakıda "Avtomobilsiz gün" keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Avropa Mobillik Həftəsi" çərçivəsində "Avtomobilsiz gün" təşkil olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA Bakı şəhərində "Avropa Mobillik Həftəsi"nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə sentyabrın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və "Avtomobilsiz gün" keçiriləcək.

Tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq.

Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla şəhər turu təşkil olunacaq. Məqsəd yol hərəkəti və yol nişanlarının izah olunmasıdır.

Sentyabrın 21-də isə Məhəmməd Naxçıvani küçəsində "Avtomobilsiz gün" təşkil olunacaq. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək.

Yaradıcılıq zonasında "Nəqliyyat və ətraf mühit" mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirlərə dəvətlidir.

Tarix
2025.09.12 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan

Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama

Petrosyan dəhlizə razıdır, ancaq Rusiya ilə bağlı “xəbərdarlıq” etdi

Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?

Ərdoğanın müavini Naxçıvana gəlir

Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...

Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan

Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator

ABŞ Zəngəzur dəhlizi üçün 145 milyon dollar ayıracaq

Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla