Yuxarı

Xəzər dənizində suyun səviyyəsi nə qədər azalıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dörd ildə Xəzər dənizinin səviyyəsində 24 santimetr azalma qeydə alınıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, səviyyənin enməsinin əsas səbəbləri yağıntıların azalması və temperaturun yüksəlməsidir.

R.Verdiyev alimlərin proqnozlarına əsaslanaraq qeyd edib ki, iqlim dəyişmələrinin davam etməsi Xəzər dənizi sahillərində ekoloji və iqtisadi problemlərə gətirib çıxara bilər.

Tarix
2025.09.12 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

Gözümlə görmüşəm, Bakı ilə imzalanan sazişdə... - Manukyan

Ermənilərin Qarabağa qayıdışı barədə İrəvandan açıqlama

Petrosyan dəhlizə razıdır, ancaq Rusiya ilə bağlı “xəbərdarlıq” etdi

Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?

Rusiya NATO-nu “dişinə” vurdu: Cavab almasa, nələr edəcək...

Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan

Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator

ABŞ Zəngəzur dəhlizi üçün 145 milyon dollar ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla