
Sumqayıtda avtobuslar toqquşdu
13:38
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 20-də Bakı–Ağstafa, sentyabrın 21-də isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Axar.az xəbər verir ki, bu bu barədə ADY məlumat yayıb.
Məlumata əsasən, sərnişinlər Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.
Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.
Tarix
2025.09.16 / 11:50
|
Müəllif
Axar.az
|