Yuxarı

Vəkillərə yeni hüquqlar verilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillərə yeni hüquqlar verilir.

Axar.az xəbər verir ki, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:

- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;

- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.

Tarix
2025.09.16 / 11:23
Müəllif
Axar.az
Digər xəbərlər

Lavrov təsdiqlədi: Azərbaycan bu müsabiqəyə qatılmayacaq

Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…

Əliyev BƏƏ prezidentini Füzulidə qarşıladı - Foto

Putini bir müsahibə ilə darmadağın etdi...

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto

Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla