Yuxarı

Oğuzda əməliyyat: bir ailənin 4 üzvü saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü - əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb.

Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub. Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, D.Məmmədova barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2025.09.22 / 09:21
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Prezidentə və bu nazirə təşəkkür etdi

Zəngəzur dəhlizinin işə düşməsi ilə... - Prezident

Adnan Əhmədzadənin həbsinin şok pərdəarxası

Matevosyan: Azərbaycanlılar İrəvana bu yolla girəcəklər

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

Bakıda beynəlxalq tədbir keçirilir

XİN Maltanı təbrik etdi

Adnan Bakıda “Barselona” prezidentinə qəlyan çəkdirir - Video

Ruanda prezidentinin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev bu konfransın iştirakçılarına müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla