Yuxarı

Expressbankın göstəriciləri "Sabit" proqnozla təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 sentyabr 2025-ci il tarixində beynəlxalq reytinq agentliyi “Fitch Ratings” "Expressbank” ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib. Reytinqi şərtləndirən əsas amillərə Expressbankın sağlam maliyyə göstəriciləri, aktivlərinin keyfiyyəti və yüksək kapitalı, eləcə də, Bankın məhdud qiymət təsiri və cəlbetmə xərclərinin yüksək olması təsir göstərir.

Hesabatda Expressbankın 23% kimi yüksək kapital adekvatlığının olması, 2025-2026-cı illərdə normal ssenaridə 20%-in üzərində qalması gözlənildiyi bildirilir. Kredit portfelində problemli kreditlərin payı isə cəmi 1.2% təşkil edir.

“Fitch” həmçinin vurğulayır ki, Bankın kredit portfelində milli valyutanın üstünlük təşkil etməsi dollarlaşma risklərini minimuma endirir.

“Fitch” Reytinq Agentliyi, həmçinin Bankın reytinqinə müsbət və mənfi təsir edəcək amilləri göstərib. Aktivlərin keyfiyyəti və yüksək kapitallaşma ilə birgə davamlı yüksək mənfəətlilik əldə olunduğu halda Bankın reytinqinin yüksəlməsi ehtimalı göstərilir.

Onu da qeyd edək ki, Bankın kredit fəaliyyəti beynəlxalq risk idarəetmə standartlarına uyğun şəkildə aparılır. Təminatsız kreditlər müştərilərin ehtiyaclarına uyğun olaraq diqqətlə qiymətləndirilir və risklər tam nəzarətdə saxlanılır.

Həmçinin Bankın depozit siyasəti müştərilərin maraqlarını prioritet tutaraq depozit məhsullarının rəqabətqabiliyyətli şərtlərlə təklif olunmasını və bazar tendensiyalarına uyğun şəkildə daim yenilənməsini nəzərdə tutur.

Expressbank fəaliyyətində şəffaflıq və müştəri etimadını prioritet götürərək gələcək illərdə də dayanıqlı inkişaf xəttini davam etdirməyi hədəfləyir. Həmçinin Bankın sabit biznes modeli, sağlam risk idarəetməsi və güclü kapital bazası onun maliyyə dayanıqlığını qorumaqda əsas rol oynayır.

Qeyd edək ki, Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2025.09.23 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

Azərbaycan İsrailə görə bundan imtina edib? – Rəsmi

İlham Əliyev Kralı təbrik etdi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Əhmədzadənin arxasında kimlər var? - Deputat

Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

Bayramov Mirzoyanla görüşdü

Muradov Ermənistana səfərindən danışdı

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla