Yuxarı

Metroda "qırmızı" və "yaşıl xət"lər nə vaxtdan ayrı olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropoliteninin "qırmızı" və "yaşıl xət"ləri üzrə qatarların ayrı istiqamətlərlə hərəkət edəcəyi vaxt məlum olub.

Axar.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev Oxu.az-a açıqlamasında xətlərin ayrılması layihəsinin ümumilikdə 6 komponentdən ibarət olduğunu bildirib.

"Fiziki olaraq xətlərin ayrılması 2026-cı ilin sonuna qədər başa çatacaq. Yəni "Nizami" metro stansiyasından xətlərin ayrılması üçün yeni tunel tikiləcək və xətlər ayrılacaq. "Dərnəgül" stansiyasından gələn qatar "Nizami" metro stansiyasından birbaşa "Xətai" stansiyasına, oradan isə, "bənövşəyi xətt" üzrə yeni tikiləcək iki stansiyaya hərəkət edəcək.

Artıq bununla bağlı işlərə başlanıb, "28 may" stansiyası yaxınlığında iki şaxta inşa edilir. Növbəti ilin yanvar ayına qədər həmin şaxtaların tikintisi başlanacaq və sonra xətlərin ayrılması ilə bağlı işlərə start veriləcək. 2026-cı ilin sonlarında xətlərin fiziki ayrılması işləri başa çatacaq. Ondan sonra "yaşıl" və "qırmızı xət"lərin yolları ayrı olacaq", - o əlavə edib.

Tarix
2025.09.25 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

Şahin Mustafayev Bəndər Abbas limanında - Foto

Tramp Rusiyanı aşağıladı – Putinlə “anlaşıb”?

Bakının sülhlə bağlı son tələbi... – İrəvandan açıqlama

Adnan Əhmədzadənin vəkili, görün, kim imiş...

Bu türk rəsmilərdən Azərbaycan barədə məlumat alıram...

Adnanla əməkdaşlıq edən Azərbaycan klubları...

Tramp Rusiyanı darmadağın etdi – Moskva “göz yaşına” inanmır

Zəngəzur dəhlizinin açılması... - Mişel

Rubio Azərbaycan-Ermənistan sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla