Yuxarı

Arvadını öldürdü, oğlunu yaraladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadını öldürdü, oğlunu yaraladı

10:19

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Şəmkir rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.

Məlumata görə, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Tarix
2025.10.07 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Qəbələyə gəldi

İlham Əliyev Qəbələdə Berdiməhəmmədovla görüşdü

Qəbələdə mühüm iclas: bir sıra sənədlər təsdiqləndi

9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok

Azərbaycanlılar niyə ölməlidir? - Stepanyan

Naxçıvanla gediş-gəlişi təmin edəcək "Tramp yolu"...

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəldi

Əliyevin 6 il öncə dedikləri gerçəkləşir...

Sülhün imzalanması üçün İrəvanın bu addımı zəruridir

Qəbələdə TDT-nin XİN başçıları Şurasının iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla