Yuxarı

“Kontakt”dan təqaüdlü təhsil proqramı - Qeydiyyata son 9 gün

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”dan təqaüdlü təhsil proqramı - Qeydiyyata son 9 gün

Ölkənin aparıcı pərakəndə şəbəkəsi “Kontakt” və peşəkar tədris proqramları ilə tanınan “Div Academy” gənclər üçün bu il də güclərini birləşdirib. Yeni dərs mövsümünə qədər gəlib çıxan “Gələcəyi Yazanlar” təqaüd proqramının II dalğasına qeydiyyatı artıq bitmək üzrədir.

Ölkədə innovasiyalar sahəsində ixtisaslaşmış kadrların hazırlanması məqsədi daşıyan bu proqramla tam 1000 nəfər Azərbaycan vətəndaşı təqaüdlə təhsil ala bilir. Müraciətçilər imtahan nəticələrinə uyğun olaraq 60% və ya 40%-li təhsil təqaüdü qazanır.

Bundan başqa, proqram sosial cəhətdən həssas əhali qrupunu da diqqətdən kənarda qoymur. Şəhid ailələri, ünvanlı sosial yardım alanlar, I qrup əlilliyi olan şəxslərin övladlarıvalideynlərini itirmiş 50 nəfər bu layihədən tamamilə ödənişsiz – 100% təqaüdlə yararlana biləcəklər.

Sadəcə oktyabrın 15-dək qeydiyyatı davam edən bu proqramda əmək bazarında ən çox tələb olunan sahələr - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə biliklər əhatə olunur.

Təqaüd proqramında iştirak haqqı qazanan hər kəs peşəkar mühitə daxil olmaq, müvafiq sektorda əlaqələr qurmaq və karyera üçün güclü bünövrə formalaşdırmaq imkanı əldə etmiş olacaqlar. Dərslərin əyani keçirilməsi isə tədrisin praktiki bilik əsaslı olacağını bir daha sübut edir.

Layihə haqqında daha ətraflı məlumat üçün buraya keçid edə bilərsiniz.

Qeyd edək ki, bu proqram ötən il də uğurla həyata keçirilib və iştirakçıların böyük bir qismi artıq təhsil istiqamətləri üzrə işləməyə də başlayıblar. Ona görə də, bu fürsəti dəyərləndirib gələcəyi indidən düşünməyin vaxtıdır.

Tarix
2025.10.07 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Putinə zəng etdi

Prezident türk dövlət və hökumət başçılarını qarşıladı - Canlı

Fidan Qəbələdə bu türk ölkəsinin XİN başçısı ilə görüşdü

Qriqoryan: Müharibədə batan, totalitar Rusiya, sus!

Türk Birliyinə hansı ölkələr qoşulacaq? - Siyahı

Ərdoğan Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

İlham Əliyev Qəbələdə Berdiməhəmmədovla görüşdü

Qəbələdə mühüm iclas: bir sıra sənədlər təsdiqləndi

9 il əvvəlki hadisələr yaşana bilər - Elşad Miridən şok

Azərbaycanlılar niyə ölməlidir? - Stepanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla