Yuxarı

İdarəetməni itirdi, 3 piyadanı vurdu, biri öldü... - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdarəetməni itirdi, 3 piyadanı vurdu, biri öldü... - Anbaan video

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 6-da Gəncədə piyadaların vurulması, bir nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüsünü yayıb, bununla bağlı müraciət edib.

İdarədən Axar.az-a bildirilib ki, ötən gün saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20 EF 785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirmiş və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.

Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır. Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir", - məlumatda deyilir.

Tarix
2025.10.07 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla