Yuxarı

MAXE olmaq istəyənlərin diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MAXE olmaq istəyənlərin diqqətinə!

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq istəyənlərin qəbuluna başlanılıb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu noyabrın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində həyata keçiriləcəkdir.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

Tarix
2025.10.08 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

İmanovdan vəhhabi iddiasına cavab - Video

Türkiyə Rusiyadan imtina edir - Gözlənilməz dəyişiklik

Putinlə İlham Əliyevin görüşü təsdiqləndi

“Nar” bu analitik nəşrə dəstək verdi

Rusiya Cənubi Qafqazın bu ölkəsinə açıq dəstək verdi

Zakir Həsənov Türkiyəyə səfər etdi

Rusiya Azərbaycana birgə hərbi təlim keçirməyi təklif etdi

Azərbaycan və Oman 200 milyon dollarlıq fond yaratdı

TDT geosiyasi mərkəz statusuna yüksəlir

Azərbaycan, İran və Rusiya komandanları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla