Yuxarı

TDT geosiyasi mərkəz statusuna yüksəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
TDT geosiyasi mərkəz statusuna yüksəlir

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü təkcə dost və qardaş xalqların növbəti görüşü deyil, eyni zamanda, türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər. Cənab Prezident İlham Əliyevin bu Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan türk dövlətləri arasında həm siyasi nüfuzu, həm iqtisadi gücü, həm də diplomatik çevikliyi ilə bu birliyin aparıcı dayaqlarından biridir. Onun sözləri bir konsepsiyanı təsdiqlədi: Artıq Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəz statusuna yüksəlir.

Bu sözləri mətbuata bəyanatında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, türk xalqlarının ortaq tarixi, etnik və mənəvi dəyərlərə sahib olduqları barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir:

“Dövlət başçısının çıxışında türk xalqlarını bir ailə kimi birləşdirən dəyərlərlə bağlı ifadə olunan fikirlər əslində türk dünyasının tarixi inkişaf konsepsiyasının qısa xülasəsi idi. Bu birlik coğrafi sərhədləri aşan ideya olmaqla yanaşı, müstəqil inkişaf yolunu seçmiş ölkələrin qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq modelidir. Azərbaycan bu birliyin iqtisadi və siyasi təməllərinin möhkəmlənməsi üçün konkret addımlar atır. Katibliyin hesabına 2 milyon ABŞ dolları ianənin köçürülməsi də məhz bu istiqamətdə praktiki dəstəyin ifadəsidir. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə artan nüfuzu həm qlobal, həm də regional güc balansında yeni reallıqlar yaradır. Daxili sabitlik,

demoqrafik üstünlük, strateji resurslar və artan hərbi potensial təşkilatı qlobal arenada etibarlı aktora çevirir. Cənab Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu gün türk dünyası təkcə tarixi bağlarla deyil, həm də müasir çağırışlara çevik cavab vermək bacarığı ilə seçilir. Bu, birliyimizin davamlılığını təmin edən əsas amildir”.

K. Qafarov Azərbaycanın təşkilat çərçivəsində həyata keçirdiyi təşəbbüslərin həm də ölkəmizin müstəqil və praqmatik xarici siyasət xəttinin uğurlu nəticəsi olduğunu da vurğulayıb:

“Şuşada, Budapeştdə və bu dəfə Qəbələdə keçirilən zirvə görüşləri türk həmrəyliyinin yeni mərhələsini formalaşdırır. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində TDT- də həm siyasi, həm də iqtisadi inteqrasiyanın konturları daha dəqiq müəyyənləşir. Dövlətimizin başçısı təşkilatı “vahid güc mərkəzi” kimi təqdim etməklə türk dünyasının strateji məqsədini açıq şəkildə ifadə etdi. Bu gün türk dövlətlərinin birliyi yalnız etnik və mədəni ideya deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından yeni əməkdaşlıq modelidir. Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqları qorumaqla, eyni zamanda, ortaq mənafeyə xidmət etmək mümkündür. Bu model türk birliyinin dayanıqlı gələcəyinə inamı artırır. Qəbələdə səslənən fikirlər isə bir daha təsdiq etdi ki, türk dünyasının sabahı birgə gücdə və qarşılıqlı etimadda olmaqla, strateji həmrəyliyə söykənir”.

Tarix
2025.10.08 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla