Yuxarı

Muzdlu döyüşçülər barədə sənədlər elan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muzdlu döyüşçülər barədə sənədlər elan olundu

Oktyabrın 9-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub.

Axar.az xəbər verir ki, məhkəmədə Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuş məxfi qrifli məktublardan çıxarışlar elan edilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44 günlük müharibə zamanı döyüş meydanında verdiyi itkiləri kompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlb etməyə ciddi səylər göstərib. Xüsusən Ermənistan hökuməti və üçüncü ölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməni icmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədə çağırışlar edilib. Habelə, xarici dövlətlərdə xüsusi bilet satışı kampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib. Nəticə etibarı ilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan, ABŞ-dan, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdən olan əcnəbi terrorçu döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara "VoMA" (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi), ASALA və digər terrorçu təşkilatlar da cəlb olunublar.

Digər sənədə əsasən, Fransa vətəndaşı Artur Oqanisyan Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak edib.

Fransanın Marsel şəhərindən gəlmiş Artur Hovannisyan 2020-ci ildə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Başqa sənədə əsasən, "ASALA" terror təşkilatının üzvü Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan ərazisində törətdikləri cinayət əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Daha bir sənədə əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistan silahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, Rusiya Federasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, Yaxın Şərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular və müxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirak ediblər. Əvvəllər bu kimi muzdlular Ermənistanın hərbi qulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat və obyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvət olunsalar da, sonra birbaşa döyüşlərda iştiraka cəlb ediliblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.10.09 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Putinin təkbətək görüşü oldu - Video

Putin Əliyevin bütün tələblərini qəbul etdi!

Zakir Həsənov Çikovani ilə görüşdü

Bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və... - Putin

Putindən Əliyevə: Sizin bu məsələyə diqqətiniz sayəsində...

AZAL təyyarəsi ilə bağlı bu vacibdir - Putin

Rusiya ilə aramızda bununla bağlı vəziyyət… - Əliyev

İlham Əliyev Putinə təşəkkür etdi

Putindən AZAL açıqlaması: Bütün cavabdeh şəxslər...

AZAL-la bağlı istintaq yekunlaşmaq üzrədir - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla