Yuxarı

ANS-in məhkəməsinin vaxtı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in məhkəməsinin vaxtı açıqlandı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media" Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.

Report-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 29-na təyin edilib. İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media" Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Tarix
2016.07.25 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

Ermənistana 490 ton buğda göndəriləcək

Rəsmi Bakıdan ABŞ-İran razılaşmasına münasibət

Türkmənistan prezidenti Azərbaycana gələcək

Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı

Prezident onlara müraciət ünvanladı

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla