Yuxarı

Daha 2 vəkilin fəaliyyəti dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 2 vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Axar.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran namizədlər, habelə əvvəllər hakim və ya vəkil işləmiş vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış şəxslərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda Kollegiyanın sədr müavinləri tərəfindən regionlarda keçirilmiş monitorinqin nəticəsinə dair məruzələr dinlənilib, müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Tarix
2025.10.22 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

Əli Əsədov Tiflisdə Kobaxidze ilə görüşdü

Prezident Yaqub Eyyubova orden təqdim etdi - Foto

İlham Əliyev sübut etdi ki... - Simonyan

AB-dən Əliyevin qərarına reaksiya

İlham Əliyev yeni baş naziri təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla