Yuxarı

Bakıda bu stadion bağlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu stadion bağlandı

“Araz-Naxçıvan” klubunun ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq, Premyer Liqanın təqvimində dəyişikliklər edilməsi zərurəti yaranıb.

Əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən “Araz-Naxçıvan” klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu analiz edilib. Aparılmış qiymətləndirmə nəticəsində “Bank Respublika Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib.

Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Misli Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Bank Respublika Arena”da, XI turun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.

Tarix
2025.10.22 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla