Yuxarı

Mobil telefonların qiyməti bahalaşır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mobil telefonların qiyməti bahalaşır?

Azərbaycanda mobil telefonlara aksiz vergisinin tətbiqi ilə bağlı iki əsas dəyişiklik nəzərdə tutulur. Birincisi, hüquqi şəxslərin ölkəyə gətirdiyi telefonlara 20 manat aksiz vergisi qoyulacaq. İkincisi isə fiziki şəxslərin təqvim ili ərzində gətirdiyi ikinci telefona 100 manat aksiz vergisi tətbiq ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Ekspert bildirib ki, hüquqi şəxslərə tətbiq olunan 20 manatlıq aksiz vergisi telefonların qiymətinin təxminən eyni məbləğdə – 20 manat civarında bahalaşmasına səbəb olacaq:

“Amma fiziki şəxslərin gətirdiyi ikinci telefona 100 manat aksiz rüsumunun tətbiqi telefon bazarına ciddi təsir göstərməyəcək. Çünki fiziki şəxslər adətən bu telefonları ticarət məqsədilə deyil, yaxınlarına — həyat yoldaşına, qardaşına, oğluna və ya qızına hədiyyə etmək üçün gətirirlər”.

Xalid Kərimli əlavə edib ki, bu qərarın müsbət tərəfi qeyri-rəsmi ticarətin azalması olacaq:

“Əvvəllər bəzi fiziki şəxslər gətirdikləri telefonları qara bazarda satırdılar. Yeni vergi tədbiri bu fəaliyyətin qarşısını alacaq. Hökumət bu yolla vergidən yayınan ticarəti məhdudlaşdıraraq bazarı tənzimləməyə çalışır.

Nəticədə qara bazarda satılan telefonların dövriyyəsi azalacaq, amma ümumilikdə rəsmi bazarda qiymətlərdə cüzi artım – təxminən 20 manat bahalaşma müşahidə ediləcək”.

Tarix
2025.10.28 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Mehdiyevin məktubunun saxta olduğunu deyənləri anlayıram

İlham Əliyev Petr Paveli təbrik etdi

Türkiyə onu təcili Bakıya göndərdi - Mühüm səbəb

Pakistan Senatının sədri Azərbaycana gəldi - Foto

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla