Yuxarı

Büdcədən icbari tibbi sığortaya ayrılan vəsait niyə azaldılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Büdcədən icbari tibbi sığortaya ayrılan vəsait niyə azaldılıb?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn ilin büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasının səbəbi açıqlayıb.

Agentlikdən Axar.az-a bildirilib ki, səhiyyə sahəsinə ayrılan vəsaitlər ildən-ilə artır.

Qeyd olunub ki, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 582 milyon manat müəyyən edilib:

"Bu 2024-cü il ilə müqayisədə 1 milyard 58 milyon manat və ya 42 faiz, 2025-ci il ilə müqayisədə isə 222 milyon manat və ya 7 faiz çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2.2 milyard manat və ya 2.5 dəfə artıb.

İcbari tibbi sığorta fonduna ayrılan vəsaitdəki dəyişiklik maliyyə təminatının mövcud ehtiyatlar hesabına həyata keçirilməsini də nəzərdə tutur. Belə ki, 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılıb, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn il də Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcək. Hazırda Agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması istiqamətində işlər aparır".

Tarix
2025.10.28 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Ramiz Mehdiyevin məktubuna İsa Qəmbərin reaksiyası

Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş

Azərbaycana gəlmək istəyən İraq vətəndaşları çətinliklə üzləşir?

Mehdiyevin məktubu saxtadırmı? - Sabiq deputat

İlham Əliyev Petr Paveli təbrik etdi

Türkiyə onu təcili Bakıya göndərdi - Mühüm səbəb

Pakistan Senatının sədri Azərbaycana gəldi - Foto

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla