Yuxarı

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Uzun müddət danışıqlar aparırdıq ki, Qazaxıstandan buğda əldə etmək imkanı olsun, amma bu kifayət qədər bahaydı - 280 dollar və daha çox, çünki nəqliyyat xərcləri çox böyük idi. Yeni dəhliz vasitəsilə isə qiymət xeyli ucuzlaşır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir deyib ki, yeni dəhliz vasitəsilə yol xərci ucuzlaşır, bunun üçün iki yol var idi - Aktau-Ənzəli (İran) və Aktau-Bakı (Azərbaycan):

E“Ənzəli çox uzaqdır. Əvvəlcə dənizlə Ənzəliyə, sonra quru yolu ilə İran ərazisindən keçərək Mehriyə çatır, Mehridən də İrəvana. Təxminən bizim Zəngəzur vilayətimiz kimi, İranın həmin hissəsi də dağlıq, mürəkkəb relyefə malikdir və əlaqə çətindir. Azərbaycanın ərazisi vasitəsilə isə dəmir yolu var və yol çox qısadır.

Hesab edirəm ki, Qazax-İcevan dəmir yolu da olarsa, bu zaman nəqliyyat əlaqəsinin cəlbediciliyi daha da artacaq. Əgər diqqət etsəniz, Rusiya da bildirib ki, bu yol onun üçün də açıqdır və bu da maraqlıdır. Nəticədə, Ermənistana Rusiyadan olan ənənəvi 1 yolumuz 2-yə çevrilir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Bundan sonra Ermənistanın Qazaxıstandan aldığı taxılın Azərbaycan vasitəsilə daşınacağı bəyan edilib.

Tarix
2025.10.28 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Ramiz Mehdiyevin məktubuna İsa Qəmbərin reaksiyası

Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş

Azərbaycana gəlmək istəyən İraq vətəndaşları çətinliklə üzləşir?

Mehdiyevin məktubu saxtadırmı? - Sabiq deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla