Yuxarı

Azərbaycanda ən yüksək maaş hansı sahələrdədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ən yüksək maaş hansı sahələrdədir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb. Təhlilin nəticələrinə əsasən ölkənin əmək bazarındakı əsas tendensiyalar və tələbat istiqamətləri müəyyən edilib.

Axar.az xəbər verir ki, ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır.

Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8,2%), tikinti-quraşdırma şirkətləri (6,9%), otellər (4,9%) və tədris-təlim müəssisələri (4,7%) yer alır.

İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8%), mühasiblər (6,6%) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3,2%).

Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır.

Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan vakansiyaların yalnız 26,3%-ində əmək haqqı açıq şəkildə göstərilib:

Orta əmək haqqı – 965 manat

Median əmək haqqı – 800 manat

Ən çox təklif olunan əmək haqqı intervalı – 601–1000 manat

Ən yüksək orta əmək haqqı İKT, mühəndislik, memarlıq, proqramçılıq və layihə idarəçiliyi sahələrində müəyyən olunub.

Təhlillərə əsasən, 2025-ci ildə işəgötürənlər tərəfindən ən çox tələb olunan yumşaq bacarıqlar arasında ünsiyyət bacarıqları faiz nisbətilə üstünlük təşkil edir.

Tarix
2025.11.10 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla