Yuxarı

İki hindli İranı ələ saldı: "nüvə alimi" adı ilə milyonlar…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki hindli İranı ələ saldı: "nüvə alimi" adı ilə milyonlar…

İranda iki hindistanlı şəxs - Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini “nüvə alimləri” kimi təqdim edərək, ölkənin elmi və təhlükəsizlik strukturlarını uzun müddət aldadıblar. Onlar İran Atom Enerjisi Təşkilatına və bir sıra əlaqədar qurumlara nüvə silahı istehsalı üzrə saxta texniki planlar satmaqla milyonlarla dollar qazanıblar.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, həmin şəxslər İrana təxminən iyirmiyə yaxın səfər ediblər. Bu səfərlər zamanı onlar müxtəlif mərkəzlərdə təqdimatlar keçirərək, saxtalaşdırılmış sənədləri “nüvə reaktor layihələri” kimi təqdim ediblər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sənədlər heç bir elmi və texniki dəyərə malik olmayıb, uydurma terminlər və qondarma ekspertizalardan ibarət olub.

İstintaq zamanı müəyyən edilib ki, Axtar Hüseyni və Adil Hüseyni özlərini Hindistanın Bhabha Atom Tədqiqat Mərkəzi (BARC) əməkdaşları kimi qələmə veriblər. Onlar saxta şəxsiyyət vəsiqələri, akademik diplomlar və möhürlərdən istifadə edərək, İran tərəfinin etimadını qazanıblar.

Qeyd olunur ki, onların fəaliyyətinə İranın təhlükəsizlik orqanları nəzarət etməyə başladıqdan sonra məsələ ifşa olunub. Məlumatlara görə, həmin şəxslər müəyyən vaxtda İsrail tərəfinin əlaqədar təşəbbüsləri ilə qarşılaşıblar, lakin bu təmaslar rəsmi əməkdaşlığa çevrilməyib.

Hazırda hər iki şəxs Hindistanda həbsdədir və beynəlxalq səviyyədə fırıldaqçılıq, saxtakarlıq və casusluğa cəhd maddələri ilə istintaq aparılır.

İran mediasında bu qalmaqal “elmi saxtakarlıqla milli təhlükəsizliyə zərbə” kimi qiymətləndirilir və hadisə ölkənin nüvə proqramında daxili yoxlama mexanizmlərinin zəifliyinə dair ciddi suallar doğurub.

Tarix
2025.11.10 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla