Yuxarı

Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı - Mikaelyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı - Mikaelyan

Ermənistan və Gürcüstan münasibətlərində həmişə çoxlu problem olub, amma bu, çox vaxt gözəl bəyanatlar pərdəsi arxasında görünmürdü.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Hrant Mikaelyan deyib.

O bildirib ki, problemlər indi Gürcüstanın milli siyasəti fonunda daha bariz şəkildə görünəcək:

"İqtisadi nöqteyi-nəzərdən Tiflis “Tramp yolu” layihəsi çərçivəsində razılaşmalardan narahatdır. Tiflis aydın şəkildə başa düşür ki, hazırda Gürcüstan marşrutu ilə həyata keçirilən ticarət dövriyyəsi gələcəkdə Ermənistana yönləndirilə bilər, bu da iqtisadi itkilərə səbəb olacaq. Narazılıq əlaməti olaraq onlar Ermənistana qarşı ərazi təzyiq rıçaqlarından istifadə edə bilər, bu, artıq bir neçə dəfə müşahidə olunub: Gürcüstan öz ərazisindən müəyyən malların daşınmasını məhdudlaşdırıb.

Üstəlik, iqtisadi aspektdən əlavə, siyasi amil də var. Oktyabrın 31-də İrəvanda Avronest Parlament Assambleyası Gürcüstandakı vəziyyətlə bağlı ölkədə demokratiyanın tənəzzülünə işarə edən qətnamə qəbul edib. Hakim Mülki Müqavilə fraksiyasının deputatları isə onun qəbulunu dəstəkləyiblər. Ermənistan AB-nin istədiyi kimi səs verdi. Hazırda antigürcüstan siyasəti yoxdur, lakin aydındır ki, bu, Gürcüstana mənfi təsir göstərib".

Tarix
2025.11.10 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla