Yuxarı

Məşhur iş adamının bahalı maşınlarına həbs qoyuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur iş adamının bahalı maşınlarına həbs qoyuldu - Foto

Bakıda tüninq xidməti göstərən məşhur "AZART" şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, iş adamının həbs qoyulan avtomobilləri "Li", "Kraysler" və BMV markalı nəqliyyat vasitələridir.

Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76 500 manat əsas, 3 825 manat cərimə borcu və ödənilməmiş 342.45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail Rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub.

Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv olunmasını xahiş edib. Bildirib ki, 80 000 manata yaxın borcu var, borcunu hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, "Li L8 Pro Plug-in" avtomobili kreditdədir, qiyməti 100 000 manatdan çoxdur, maşına görə ödənilməyən 50 000 manat bank borcu var. BMV-ni atası, "Kraysler " markalı maşını isə özü idarə edir. Ona görə də yalnız "Kraysler” markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.

Tarix
2025.11.12 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla