Yuxarı

Argentina SEPAH-ı terror təşkilatı kimi tanıdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Argentina SEPAH-ı terror təşkilatı kimi tanıdı

Argentina hökuməti SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.

Axar.az xəbər verir ki, bu barədə Argentina rəsmiləri açıqlama verib.

Bu qərar SEPAH-ın 1994-cü ildə Buenos-Ayresdə baş vermiş terror hücumunda ittiham olunan Livan Hizbullahına dəstək verməsi ilə əlaqələndirilir.

Məlumata əsasən, yeni qərar SEPAH-a qarşı maliyyə sanksiyalarının tətbiqinə və korpusun fəaliyyətinə qarşı əlavə əməliyyat məhdudiyyətlərinin həyata keçirilməsinə imkan verəcək.

Qeyd edək ki, sözügedən terror hücumu 18 iyul 1994-cü ildə Buenos-Ayresdə baş verib. Hədəf Argentina Yəhudi İcmasına məxsus “Asociacion Mutual Israelita Argentina” (AMIA) mərkəzinin binası olub. Partlayış nəticəsində 85 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Tarix
2026.04.01 / 12:46
Müəllif
Suzanna İsmayılova
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla