Yuxarı

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - Video

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, tarixçinin dünyaya göz açdığı Bakının Əmircan kəndində yerləşən ev yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hazırda hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Kənd sakinləri bildirir ki, evin alt qatının daşları artıq uçaraq küçəyə tökülüb. Onlar evin növbəti günlərdə tamamilə çökə biləcəyindən və böyük tarixi olan mənzilin yox olacağından narahatdırlar.

Qeyd edək ki, bundan öncə də xalq şairi Sabir Rüstəmxanlı Bakıxanovun Amsar kəndində yerləşən ev-muzeyinin yararsız vəziyyətdə olmasından gileylənmişdi.

Onun sözlərinə görə, muzeydə isitmə sistemi belə yoxdur:

"Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi kimi, Bakıxanovun da dağılmaqda olan, adına layiq olmayan ev-muzeyi ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunda Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur?"

Xatırladaq ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakı şəhərinin Əmircan kəndində anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirib.

Tarix
2026.04.01 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla