Yuxarı

Ev almaq istəyənlərin nəzərinə: 2026-ci ildə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev almaq istəyənlərin nəzərinə: 2026-ci ildə... - Video

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mənzillərin qiyməti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12.7 faiz artıb. Bahalaşma ən çox vətəndaşlar tərəfindən satılan evlərdə qeydə alınıb. Bu evlərin qiyməti sözügedən dövrdə 12.8 faiz artıb. Tikinti şirkətlərinin satdığı mənzillərdə isə 12.5 faiz bahalaşma olub.

Bəs 2026-cı ildə qiymətlər necə dəyişə bilər?

Axar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, ölkə iqtisadiyyatında bir sıra güzəştlərin müddətinin 2026-cı ildən artırılmamasının daşınmaz əmlak bazarına təsiri ehtimalı olsa da, yenə də qiymətlərin enəcəyi gözlənilmir:

"Ola bilsin ki, ötən illərdə olduğu kimi, sürətli qiymət artımı ilə qarşılaşmayaq. Amma bu, o demək deyil ki, daşınmaz əmlakın dəyəri aşağı düşərək qiymətlərə mənfi təsir göstərəcək".

Ekspert əlavə edib ki, daşınmaz əmlak bazarında qiymət artımına səbəb tələbin təklifi üstələməsi yox, bu sahənin ölkədə əsas investisiya alətinə çevrilməsidir. İqtisadçı hesab edir ki, digər investisiya alətlərinin inkişaf edəcəyi təqdirdə daşınmaz əmlaka maraq azala bilər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Tarix
2025.11.26 / 01:36
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla