Yuxarı

SOCAR buraxılış imtahanları keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 4-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində 6 ixtisas üzrə, avqustun 5-də isə Kadr hazırlığının təşkili Mərkəzində 2 ixtisas üzrə yekun buraxılış imtahanları keçirilib.

SOCAR-ın mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb, gənclərə uğurlar arzulayıb.

TTSİ və İnsan Resursları Departamentindən, eləcə də şagirdlərin istehsalat təcrübəsində olduqları müəssisələrdən dəvət olunmuş nümayəndələrin iştirakı ilə keçirilən imtahanlar zamanı sənaye müəssisələri üçün mühüm peşələrdən olan 8 ixtisas və 10 qrup üzrə təhsil almış 117 nəfər gənc imtahan komissiyası qarşısında öz praktiki bacarıqlarını nümayiş etdirib.

Qeyd edək ki, ötən il keçirilmiş qəbul imtahanlarında uğur əldə etmiş 28 nəfər KHTM-də 2 qrupda - "Qaz qaynaqçısı" və "Çilingər santexnik" ixtisasları üzrə, 89 nəfər isə QRTM-də 8 qrupda - "Əl ilə qaynaqda elektrik qaynaqçısı", "Karotaj stansiyasının maşinisti", "Polad dəmir konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı", "Qazma qurğusunun maşinisti", "Təmirçi çilingər" və "Texnoloji qurğuların operatoru" ixtisasları üzrə nəzəri və praktiki dərslərə cəlb olunmuşdu.

Tarix
2016.08.05 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla