Yuxarı

İH-lər 20 manatlıq şirkətlərə necə meqalayihə verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İH-lər 20 manatlıq şirkətlərə necə meqalayihə verir?

Rayon icra hakimiyyətlərinin 20 manat nizamnamə kapitalı ilə qurulan hansısa tikinti şirkətinə “sərəncam” adlı aktla “pilot layihə” çərçivəsində qonşularla razılaşmaqla tikinti işləri apara bilmə icazəsini verməsi qanunla nəzərdə tutulmayan bir fəaliyyətdir və bu səbəblə də publik hüquq qaydalarına ziddir.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev qeyd edib.

“Əvvəla, bu cür şirkətlər vətəndaşın evini sökdükdən sonra onu tikib verəcəyi ilə bağlı ya bank zəmanət məktubu gətirməlidir, ya da bir sığorta şirkəti ilə razılaşmalıdır. Belə bir şey isə ümumiyyətlə təmin edilmir.

İkincisi, şəhərin əhali yükünü artırmağa ehtiyac yoxdur. Evlərin sayı artır, amma nə yollar genişlənir, nə də meydançalar, parkinq yerləri, yaşıllıqlar çoxalmır. Bakıda doğulmuş bir sakin kimi, şəhərin əhalisini onun ərazisinə müvafiq olaraq genişləndirilməsinin zərurətini qeyd edirəm. Hətta artmasa, daha yaxşıdır. Yeni iş və yaşayış yerlərini Qarabağda yaratmaq lazımdır.

Üçüncüsü, bütün Avropa paytaxtlarında 100 illik binalar var, amma heç kəs onları sökmək barədə düşünmür. İnanın ki, Avropada mənzilə ehtiyac bizdəkindən qat-qat çoxdur. Amma bizdəki kimi tikinti xaosu orada yoxdur.

Dördüncüsü, yeni tikilən binalarda kommunal xərclər 5 və 9 mərtəbədə olan kommunal xərclərdən daha yüksəkdir. Qanunda nəzərdə tutulan MMMC-lərin qurulmasına dəllal şirkətlər imkan vermir.

Beşincisi, icra hakimiyyətləri həmin şirkətləri şəffaf şəkildə seçməlidir. Heç kəsə sirr deyil ki, icra başçıları ilə həmin tikinti şirkətləri arasında hansısa əlaqələr olur. Məsələn, istənilən tikinti şirkəti RİH-dən belə sərəncam ala bilərmi? Çətin”, - o bildirib.

Professorun sözlərinə görə, hazırda bir tikinti şirkəti sakini məhkəməyə verərək, müqavilənin məcburi qaydada imzalanmasına nail olmaq istəyir:

“Madam bu şirkət bu qədər hüquqdan xəbərsizdir, o zaman mən həm də sərəncamın ləğvi ilə bağlı inzibati məhkəməyə müraciət edə bilərəm.

Təəssüf edirəm ki, 21-ci əsrdə ölkəmizdə “dövlət əliylə müqaviləyə məcbur etmə” kimi ağlasığmaz cəhdləri müşahidə edirik.

Tikinti şirkətlərinə isə tövsiyə edirəm ki, “pilot layihə” üçün kağız-kuğuz xərcləri çəkmədən əvvəl bina sakinlərinin rəylərini öyrənib, sonra işə girişsinlər”.

Tarix
2025.12.16 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla