Yuxarı

DYP sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Qeyd olunub ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da urbanizasiya prosesi sürətləndikcə həftəsonu şəhər və şəhərətrafı yollarda hərəkət intensivliyinin artımı müşahidə edilir. Bu tendensiya yollarda qəza ehtimalının yüksəlməsinə də təsirsiz ötüşmür.

Bildirilib ki, proqnozlara uyğun olaraq, nəzarət-profilaktik tədbirlərin gücləndirilməsinə baxmayaraq, bəzi sürücülərin tələskənliyi, diqqətsizliyi bu günlərdə yol qəzalarının sayının artmasına təkan verir.=

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara yol və hava şəraitini əvvəlcədən qiymətləndirməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - deyə məlumatda vurğulanıb.

Tarix
2025.12.20 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla