Yuxarı

İdman sahəsində uğurla aparılan dövlət siyasəti... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdman sahəsində uğurla aparılan dövlət siyasəti... - Deputat

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı bir daha göstərdi ki, idmanın inkişafı ölkəmizdə təsadüfi proses deyil, ardıcıl və strateji dövlət siyasətinin nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb və beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal əldə olunub. Bu göstəricilər təkcə statistik uğur deyil, eyni zamanda uzun illər ərzində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. İdmanın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə uğurla aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır və idmanda əldə edilən nailiyyətlərin əsas ideoloji təməlini aydın şəkildə ifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, dövlət başçısının öz çıxışında xüsusi olaraq idman infrastrukturunun yaradılması məsələsinə toxunması da təsadüfi deyil:

“Cənab Prezident İlham Əliyev ölkəmizdə idman infrastrukturunun demək olar ki, sıfırdan qurulduğunu və bu gün ən yüksək səviyyəyə çatdığını xüsusi vurğuladı. Gəncə və Yevlaxda yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi və bölgələrdə bu komplekslərin sayının 46-ya çatdırılması dövlətin regionların balanslı inkişafına verdiyi önəmi göstərir. Bu, təkcə idman uğurlarına deyil, eyni zamanda sosial rifaha, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına xidmət edir. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, bu gün artıq bütün bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait var və bu amil kütləvi idmanın inkişafını stimullaşdırır. Beləliklə, cənab Prezidentin çıxışı idmanın Azərbaycanda dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir. Dünya və Avropa çempionatlarından, ən mötəbər beynəlxalq idman yarışlarından ölkəyə gələn medalların sayının artması, infrastrukturun genişlənməsi və gənclərin idmana marağının yüksəlməsi bir zəncirin həlqələri kimi bir-birini tamamlayır”.

Tarix
2025.12.29 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla