Yuxarı

Amnistiya ilə azadlığa çıxan müğənni yenə hakim qarşısında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amnistiya ilə azadlığa çıxan müğənni yenə hakim qarşısında

Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-nə təyin edilib.

Dəniz Əsədova barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib.

Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1.6 milyon manat ziyan vurulub.

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.

Dəniz Əsədova Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Tarix
2026.01.08 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla