Yuxarı

Ermənilər “Koroğlu”nu oğurlayıb necə “David” etdilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər “Koroğlu”nu oğurlayıb necə “David” etdilər?

Hindistan qaraçıları olan boşa/lom tayfaları Qafqaza köçürüləndən sonra yerli xalqların mədəniyyətinə, tarixinə, inancına aid bütün hər şeyi ya öz adlarına çıxdılar, ya da onu plagiat edib saxta tarix yazdılar. Bunlardan biri də guya yaşı min il olan “Sasunlu David” “dastanı"dır.

Axar.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

“Alimlər yaxşı bilir bu məsələni, professor Vəli Xuluflunun xalq düşməni elan edilməsini. 1930-cu illərdə erməni alimi Kanonyan iki dəfə ondan xahiş edir ki, “Koroğlu” dastanlarının bütün variantları və tarixi haqqında geniş məlumat var, ermənilər üçün də qəhrəmanlıq rəmzi, “Koroğlu” dastanları yaradılmalıdır. Vəli müəllimin “yox” deməsindən cəmi 4 gün sonra onun həbs edilməsi xəbəri yayılır, bir neçə il sonra isə ortaya “Sasunlu David” adlı saxta bir erməni “dastanı” çıxır.

Və 1939-cu ildə Sovet rəhbərliyində təmsil olunan ermənilər “dastan"ın 1000 illiyini qeyd edirlər. Azərbaycandan o zaman bununla bağlı etiraz edib, onun saxta olmasını deyənlər isə repressiya təzyiqi ilə üz-üzə qalır.

“Sasunlu David” dastanı “Koroğlu” dastanından plagiatdır, oğurluqdur. Ermənilər bunu Tiflisdə arxivdə olan “Koroğlu” dastanının surətini köçürüb, adları dəyişməklə öz adlarına çıxıblar. Bu dastanı ordan çıxarıb ermənilərə verən isə L.Q.Çlaidze adlı gürcü alimi olub.

Bu, bütün dəlil və sənədlərlə sübut edilib. Koroğlu Qoşa bulağın suyunu içib misilsiz güc əldə edir, “Sasunlu David”də də qəhrəmanlar həyatverici suyu içib qüvvətli olurlar. Hər iki dastanda sevgi macəraları də eynidir. 1939-cu ildə ermənilər iddia edirlər ki, guya onların “dastanı” min il öncəni əhatə edir. Min il öncə heç Osmanlı dövləti yox idi ki, bu saxta David mübarizə aparsın. Osmanlı dövləti orta əsrlərə aiddir ki, ən azı 250 il ermənilər burda əməlli-başlı hamını aldadıblar.

Hələ bunlar bir kənara, o qədər qeyri-peşəkar oğurluq ediblər ki, onların “dastan"ını oxuyanda konkret türk sözləri, təsiri, atmosferi və məzmunu açıq-aşkar gorünür.

Onlar “dastan”da bəy-beq, hampa-hampa, ponir-banir, nişanlı-nşanadz, daya-dayaq və s. sözləri həyasızcasına özünüküləşdirməyə cəhd ediblər. Bu bədbəxtlər erməni dilində sözün qarşılığını tapa bilməyib, hərf yeri dəyişiblər. "Sasunlu David"də "Cəlali", "məlik", "pəhləvan", “haramzadə”, “namərd”, “halal” kimi sözlər və süjetlərin eyniliyi sübut edir ki, bu oğru qaraçılar bunu necə “yazıblar”.

Qəhrəmanlara "dəli" deyilməsi türk ənənəsidir. "Kitabi-Dədə Qorqud"dakı Dəli Domrul, Dəli Dontar və ya “Koroğlu” dastanındakı "dəli" bunu təsdiq edir. Ermənilərin heç bir əsərində "dəli" sözünün qəhrəmanlıq rütbəsi kimi işlənməsi tarixi və linqvistik köklərə malik deyil. Bu, bir daha göstərir ki, ermənilər necə oğrudurlar.

Ermənilər 1939-cu ildə iddia ediblər ki, guya 1874-cü ildə Qaregin Srvandzyants dastanı əzbər bilən hansısa kəndlidən eşidib, yazıb. Kəndli də o boyda “dastan”ı əzbər bilirmiş.

Ermənilər ortaya tutarlı, ciddi bir sənəd qoya bilmirlər ki, XIX əsrin lap son illərinə qədər bir nəfər də olsun erməni aliminin yazısında “Sasunlu David”in adı çəkilib”, - tarixçi qeyd edib.

Tarix
2026.01.16 / 14:27
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla