Yuxarı

Atasını öldürən yeniyetməyə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atasını öldürən yeniyetməyə hökm oxundu

Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən 17 yaşlı Z.B.-nin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq, Z.B. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Qeyd edək ki, ötən ilin iyul ayında Sumqayıt şəhərində baş verib. 44 yaşlı Aslan Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi, daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb. Saxlanılanların hər ikisi ölən şəxsin oğlanlarıdır.

Prokurorluqda aparılan araşdırmalarla cinayət əməlinin 17 yaşlı Z.B. tərəfindən törədilməsi müəyyən olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Tarix
2026.01.16 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Bakıda Hindistanla bağlı konfrans başladı

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla