Yuxarı

Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib - Foto

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və başqa məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayon sakinləri İdriszadə Ülvi Şəhriyar oğlu və Rzayeva Esmira Abil qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib.

Qeyd edilib ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayonunda 2600-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Tarix
2026.01.22 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla