Yuxarı

Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Təbrikdə deyilir:

“Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram.

Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli maraqların qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində, asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm xidmətlər göstərmiş polis dövlətin etibarlı dayaqlarından biri olaraq formalaşmışdır.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətin bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş, təkmilləşmiş, özünü müasir təhlükəsizlik çağırışlarına adekvat cavab verməyə qadir, peşəkar insan resurslarına, qabaqcıl texnologiyalara və güclü maddi-texniki bazaya malik hüquq mühafizə institutu kimi təsdiqləmişdir. Cinayətkarlığa, onun transmilli mütəşəkkil formalarına, kibertəhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və digər təhlükəli əməllərə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də məsuliyyətlə yerinə yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə, bərpa və quruculuq proseslərinə layiqli töhfələr verir.

Əminəm ki, andına həmişə sadiq qalan əməkdaşlarımız bundan sonra da peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək sabitliyin və ictimai təhlükəsizliyin təminatçısı kimi dövlətin və xalqın yüksək etimadını doğruldacaqlar.

Peşə bayramı münasibətilə bütün şəxsi heyətə, veteranlarımıza, xidməti vəzifələri yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlarımıza və şəhidlərimizin ailə üzvlərinə möhkəm can sağlığı, xidmətdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!”

Tarix
2026.07.02 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla