Yuxarı

"Şaqman"la təhlükəli manevrlər etdi - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Şaqman"la təhlükəli manevrlər etdi - Anbaan video

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən Bakı-Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlət qeydiyyat nişanı olmayan "Şaqman" markalı yük avtomobilinə "saxla" işarəsi verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib. O, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıb. Görülmüş zəruri tədbirlər nəticəsində nəqliyyat vasitəsi saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı sürücünün Güloğlan Həsənov olduğu müəyyən edilib.

Onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi, eyni zamanda, sürücülük hüququ olmadan, həmçinin kütlə parametrlərinin aşılması ilə bağlı təkrar qayda pozuntusuna yol verdiyi məlum olub.

"Saxlanıldıqdan sonra sürücü tərəfindən süni gərginlik yaratmaq cəhdləri müşahidə edilsə də, yol-patrul xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına götürülərək həmin cəhdlərin qarşısı vaxtında alınıb.

G.Həsənov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

BDYPİ bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri yolverilməzdir və bu kimi hallara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlər görülür", - deyə məlumatda qeyd olunub.

Tarix
2026.01.27 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla