Yuxarı

Yüksək vəzifəyə təyin edilən Feyzullayev kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək vəzifəyə təyin edilən Feyzullayev kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub. Tural Feyzullayev AMB-yə baş direktor təyin edilib.

Axar.az E-huquq.az-a istinadən T.Feyzullayev 1990-cı ildə Ağcabədidə anadan olub, 2011-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini "Beynəlxalq və Avropa hüququ", 2014-cü ildə isə həmin universiteti "Beynəlxalq biznes hüququ" ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.

O, əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holdinq" MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb, 2015-2016-cı illərdə AMB-nin Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib, 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi olub, 2018-ci ilin noyabr ayında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib, 2020-2021-ci illərdə AMB-nin Hüquq departamentində direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi, 2021-2022-ci illərdə "AccessBank" QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib, 2021-ci ildə Birinci "Yüksəliş" müsabiqəsinin qalibi olub, 2022-2025-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.

Xatırladaq ki, baş direktorun müavinlərindən biri olan Rəna Məlikova sədrin müşaviri vəzifəsinə təyin edilib.

Tarix
2026.01.29 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla