Yuxarı

Prezident sərəncamı: 10 gəncə 10 min manat verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident sərəncamı: 10 gəncə 10 min manat verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub.

Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı 10 ədəddir.

Elm və təhsil sahələri üzrə – 2 mükafat

Mədəniyyət sahəsi üzrə – 2 mükafat

İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat

Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat

İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat.

Hər bir Prezident Mükafatı 10000 (on min) manat məbləğindədir.

Gənclər üçün Prezident Mükafatının diplomu, nişanı və həmin nişanın vəsiqəsi də var.

Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa da verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.

Mükafat ildə bir dəfə, 2 fevral Gənclər Günü ərəfəsində verilir.

Nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:

- elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi;

- mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Mədəniyyət Nazirliyi;

- ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu;

- gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və qeyri-hökumət təşkilatları;

- innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər Fondu.

Tarix
2026.01.31 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla