Yuxarı

Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı

Bakı şəhərində vətəndaşlara özünü "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı olaraq tanıdan və dələduzluq yolu ilə onların etibarından sui-istifadə edən şəxs barəsində cinayət işi başlanıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Sabirabad rayonundan olan 49 yaşlı Rüstəm Nəzərov qeyd olunan qurumda çalışdığını bildirərək, Abşeron rayonunun Məhəmmədli kəndində yeni inşa edilən mənzillərə qaz sayğaclarının quraşdırılmasını vəd edib.

Onun yalanlarına inanan zərərçəkmiş şəxslər Rüstəmə ümumi məbləği 6 400 manat təşkil edən vəsait ödəyiblər. Lakin R.Nəzərov sözügedən evlərə sayğac quraşdırılması üçün lazımi işləri görməyib və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edib.

Aldadılmış vətəndaşların şikayətləri nəticəsində R.Nəzərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Tarix
2026.02.07 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla