Yuxarı

M10-da ağlasığmaz talama: həbslər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
M10-da ağlasığmaz talama: həbslər var

Bir neçə gün əvvəl mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqi olan m10-da hesabların dondurulmasının əsas səbəbləri bəlli olub.

Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, sistemdəki bloklanma baş verən talama ilə bağlıdır. Məlumata görə, m10 hesabının başqa şəxslərin idarəçiliyinə keçməsi nəticəsində ayrı-ayrı insanlara məxsus olan on milyonlarla vəsait talan edilib.

Prosesin ABŞ-dan həyata keçirildiyi bildirilir. Məlumata görə, hazırda Azərbaycanın hüquq-mühafizə orqanlarında cinayət işləri açılıb və m10-da həbslər həyata keçirilib.

Bildirilir ki, m10-un xaricdən idarə olunması üçün həmin şəxslər xüsusi qorunan məlumatları və kodları qarşı tərəfə ötürüb.

Qeyd edək ki, m10-da yaranan çətinliklə bağlı “PASHA Pay” açıqlama yaymışdı:

"M10 platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur. Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır və m10-da bütün əməliyyatlar tam bərpa olunub.

Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.

İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik”.

Xatırladaq ki, m10 – Azərbaycanda çox sürətlə yayılan mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqidir.

Tarix
2026.02.10 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Venslə geniş tərkibdə görüşü başladı

İlham Əliyevlə Ceyms Devid Vensin görüşü oldu

İlham Əliyev Ceyms Devid Vensi qarşıladı - Foto

Ceyms Devid Vens Azərbaycanda səfərdədir

Əliyevlə çox yaxşı münasibətim var - Vens

İran qonşu ölkələrə təşəkkür etdi

İlham Əliyev İordaniya ilə sazişi təsdiqlədi

Milli Məclisdə tarix yazılır - Azərbaycan bunu edən ilk ölkədir

Dünya nəhəngləri Bakıya gəldi – Burada nə yaradırlar?

Vensin Bakıya səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla