Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin
növbəti iclası keçirilir. Deputat Qüdrət Həsənquliyev 17 yaşlı gənc
Nərmin Hüseynlinin ağır durumundan danışdı və vətəndaşların tibbi
sığrtası haqqında işləri sürətləndirməyə çağırdı.
Musa Quliyev Xocalı soyqırımı ilə bağlı görülən işlərin
nəticəsində dünyanın 10-a yaxın ölkəsinin parlamenti və ABŞ-ın 15
ştatının Xocalı soyqırmını tanıdığını dedi. Deputat Xocalı
soyqırımı zamanı yaralananların statusu haqqında təklif verdi. Dedi
ki, Xocalıda yaralananlar milli münaqişə zəminində yaralanan
şəxslər kimi göstərilir:
"Bu da faciənin miqyasını kiçiltmək anlamına gəlib çıxır. Onlar
erməni ordusu, o cümlədən sovet ordusunun 366-cı alayı tərəfindən
güllələnib. Xocalı soyqırımı zamanı əlil olmuş şəxslərin milli
münaqişə zamanı deyil, Xocalı soyqırımı zamanı bu duruma düşdüyü
göstərilməlidir. Mən bununla bağlı Baş nazirə müraciət etmişəm və
xahiş edirəm, millət vəkilləri buna dəstək versin".
Fərəc Quliyev Ukraynada baş verən hadisələrdən danışdı: "Bu gün
Ukraynada baş verən hadisələrin bizə aidiyatı yoxdur desək, düzgün
çıxmaz. Biz barışdıcı missiya ilə çıxış etməliyik. Krımda baş
verənlər işğaldır və bütün dünya bunu belə qəbul edib. Ukrayna və
Rusiya parlamentarası dostluq qrupunun üzvləri birgə iclas keçirə,
Rusiya və Ukraynaya səfər edə bilər. Biz seyrçi qalsaq, gələcəkdə
Ukrayna da Qarabağ məsəəsində seyrçi qala bilər. Artıq Türkiyə də
müəyyən addmlar atmağa başlayıb".
O.Əəsdov isə
buna ehtiyac olmadığını bildirdi: "Ukrayan Rusiya dost-qardaş
ölkələrdir, onlar hər hansı problemi həll edə bilər. 300 mindən çox
azərbaycanlı Ukraynada, 2 milyondan çox azərbaycanlı Rusiyada
yaşayır. Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi
bütövlüyünü dəstəkləyirik. Onlar böyük, qohum dövlətlərdir, bu
məsələləri özləri həll edəcək. Bir az hövsələniz
olsuin".
Etibar Hüseynov Maydanda Azərbaycan bayrağının qaldırılmasına
qarşı çıxdı. Deputat dedi ki, bayraq Azərbaycanın dövlət
atributudur, onu hər yerdə ucaltmaq olmaz. Bəlkə də qanuna
dəyişiklik etmək lazımdır ki, Azərbyacan bayrağını hər kəs istədiyi
yerdə ucaqlda bilməz. Heç olmasa səfirlik belə məsələlərdə diqqətli
olmalıdır".
O.Əsədov onun bu sözlərindən əsəbiləşdi: "Ay Etibar müəllim, elə
bayaq mən bu məsələlərdən danışdım. Elə bil tormozunuz yoxdur e.
Qardaş, sən bayrağı necə ləğv edəcəksən? Səfirlik adam tutandır?
Deyəndə bir səviyyəli söz deyin də".
İqbal Ağazadə "Sovetski"dən danışdı: "1500 manat ciddi
məbləğdir. Asmma burada 15-20 kv.m mənzildə bir neçə ailə
yaşayırdı. 35 min manata Bakıda bir otqalı mənzil almaq mümkün
deyil. Ona görə hökumət elə siyasət yürütməlidir ki, vətəndaşlar
yaşamaq hüququ ilə təmin olunsun. Dövlət onların 2-3 otaqlı
mənzillə təmin olunması haqda düşünməldir".
O.Əsədov dedi ki, 1-2 günə Nazirlər Kabinetinin iclas olacaq:
"Mən biləni "Sovetski"dən heç kimi məcburi köçürmürlər".
Asim Mollazadə ABŞ-ın İndiana ştatının Xocalı ilə bağlı qətnamə
qəbul etməsindən danışdı. Deputat Qarabağ müharibəsi veteranlarının
statusunu qaldırmağa da çağırdı.
Vitse-spiker Ziyafət Əsgərov Xocalı soyqırımı ilə bağlı
deputatların iştirakı ilə keçirilən tədbirlərdən danışdı: "Bu gün
artıq biz bu soyqırımı dünyaya çatdıra bilmişik".
Elmira Axundova internetin sürətindən və qiymətindən danışdı,
təkliflər verdi.