Yuxarı

Dövlət Agentliyinin yubiley tədbiri təxirə salındı: nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Agentliyinin yubiley tədbiri təxirə salındı: nə baş verir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 illiyilə bağlı sabaha planlaşdırılan yubiley tədbiri təxirə salınıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, təxirəsalmanının səbəbləri açıqlanmayıb.

Məlumatlara görə, səhiyyə sistemində müəyyən ciddi dəyişikliklərin ola biləcəyi ehtimal edilir.

Yeri gəlmişkən, bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun da vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.

Son illər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB arasında səlahiyyət bölgüsü, maliyyələşmə və xəstəxana idarəçiliyi mövzuları tez-tez müzakirə olunurdu.

Ehtimal oluna bilər ki, qurumların birləşdirilməsi, səlahiyyətlərin yenidən bölüşdürülməsi və ya idarəetmə modelində dəyişiklik planlaşdırılır.

Səhiyyə sistemi dövlətin əsas sahələrindəndir. Yeni prioritetlər (rəqəmsallaşma, regionlarda optimallaşdırma, xəstəxana şəbəkəsinin yenilənməsi və s.) rəhbərlik dəyişikliklərini şərtləndirə bilər.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında fəaliyyətə başlayıb. Ölkə Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Tarix
2026.02.16 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla