Yuxarı

52 yaşlı kişi öldürüldü, kürəkəni saxlanıldı - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
52 yaşlı kişi öldürüldü, kürəkəni saxlanıldı -

15:37

Cəlilabadda qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orda ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən şəxsin qətli törədənin qayınatası olduğu bildirilir.

Araşdırma aparılır.

***

Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Tarix
2026.02.16 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Andrey Babiş Bakıya gəlir

Özbəkistandakı Azərbaycan şirkətlərinin sayı açıqlandı

19 azərbaycanlının quru yolu ilə Ermənistana səfəri…

Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdi - Foto

İlham Əliyevin Serbiyaya səfəri başa çatdı

Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

Hüseynov qardaşlarının anası ermənidir - Fotofakt

Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto

Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi?

Rusiya Qarabağın azad olunmasına kömək edib?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla