Yuxarı

“Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir

Azərbaycanda baş tutacaq dünyanın ən nüfuzlu şəhərsalma sərgisi üçün müraciətlərin qəbulu davam edir. 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi üçün son müraciət tarixi 31 martdır.

İştirak ərizələri onlayn şəkildə qəbul olunur və “ilk müraciət edənə üstünlük” prinsipi əsasında nəzərdən keçirilir. Bu baxımdan, sərgidə iştirak üçün erkən müraciət etmək tövsiyə olunur. Qeyd edək ki, hər kateqoriya üzrə yalnız bir müraciət məqbul sayılır.

Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi sərgi dayanıqlı şəhər inkişafına dair qabaqcıl yanaşmaların qlobal auditoriyaya təqdim edilməsi baxımından unikal platforma rolunu oynayacaq.

35 min kvadratmetr sahədə təşkil olunacaq sərgidə ölkələr, şəhərlər, bələdiyyələr, regional qurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə biləcək.

Kiçik stendlərdən tutmuş genişmiqyaslı ölkə və şəhər pavilyonlarınadək müxtəlif formatlarda təqdim olunacaq sərgi layiqli mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet mövzular ətrafında qlobal iştirakçıları bir araya gətirəcək. Sərgi çərçivəsində müasir şəhərlərin üzləşdiyi əsas problemlərə dair praktik və innovativ həllərin nümayişi nəzərdə tutulur.

Həmçinin WUF13 çərçivəsində ilk dəfə olaraq Startap Pavilyonu və WUF Akademiyası kimi yeniliklər təqdim ediləcək.

Qeydiyyat və əlavə məlumat üçün “Urban Expo” səhifəsinə daxil olmaq və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Tarix
2026.02.16 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

19 azərbaycanlının quru yolu ilə Ermənistana getməsi...

Serbiya qırıcıları Prezidentin təyyarəsini belə müşayiət etdi - Foto

İlham Əliyevin Serbiyaya səfəri başa çatdı

Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

Hüseynov qardaşlarının anası ermənidir - Fotofakt

Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto

Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi?

Rusiya Qarabağın azad olunmasına kömək edib?!

Ramiz Mehdiyev bu peşəkarları “soyundurdu” - Video

İlham Əliyev litvalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla