Yuxarı

Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi?

13-14 fevral “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən 3-cü görüşdə iştirak etmək imkanı qazandım. Beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə Ermənistandan olan iştirakçılarla qarşılaşsam da, bu səfər tamamilə fərqli idi. Sülh prosesi çərçivəsində budəfəki görüş öz simvolizmi ilə seçilirdi.

Bu sözləri Axar.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, görüşdə etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib:

“Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı məsələlər də geniş müzakirə olundu. Hər iki tərəfin baxışları və gözləntiləri konstruktiv mühitdə ifadə edildi. Eyni zamanda, əməkdaşlıq, o cümlədən birgə layihələr, ictimai kommunikasiya strategiyaları və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərini müzakirə etdik.

Dialoq zamanı davamlı sülhün üstünlükləri yenidən nəzərdən keçirildi və Azərbaycanla Ermənistan cəmiyyətləri arasında münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydaları diqqətə çatdırıldı”.

İlyas Hüseynov proqram çərçivəsində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşlər keçirildiyini bildirib:

“Onlara müvafiq suallar ünvanladıq və hər iki cəmiyyətdə ictimai gözləntiləri və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yollarını müzakirə etdik.

Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün yeni imkan yaratdı. Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başa çatdı. Daha sonra delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıtdıq, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım oldu”.

Tarix
2026.02.16 / 12:56
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla