Yuxarı

Sabah ilin ilk Günəş tutulması olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah ilin ilk Günəş tutulması olacaq

Sabah ilin ilk Günəş tutulması (halqalı Günəş tutulması) olacaq.

Axar.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.

Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq vardır. Ayın yeni Ay və ya tam Ay fazaları orbitin düyünlərinə uyğun gəldikdə tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.

Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.

Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq Günəş tutulmaları tam, halqalı, qismən və hibrid olmaqla bir neçə növə ayrılır. Günəş tutulmasının tam fazasının maksimum müddəti təxminən 7 dəqiqədir. Bu məhdudiyyət Ayın kölgəsinin Yer səthində əhatə etdiyi sahənin nisbətən kiçik olması ilə bağlıdır.

Müşahidəçi kölgədən yarımkölgəyə keçdikcə isə Ayın Günəş diskini örtmə faizi azalır və tam tutulma deyil, qismən Günəş tutulması müşahidə olunur. Qismən tutulmada örtülmə faizi də müşahidə məkanının coğrafi mövqeyindən asılıdır.

Qeyd edək ki, bu tutulma Azərbaycandan müşahidə olunmayacaq. Növbəti tutulma isə 3 mart tarixində baş verəcək tam Ay tutulması olacaq.

Tarix
2026.02.16 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla