Yuxarı

​Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
​Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq

Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq.

Axar.az Metbuat.az-a istinadən xəbər verir ki, xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır.

Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bu gün su elementinə - təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə” və “Gül çərşənbə” kimi adlar verilir.

Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına gedir, üzlərini yuyur, bir-birinin üstünə su çiləyir və axar sudan atlayırlar. İnanca görə, “təzə su”dan keçənlər il boyu xəstəlik və bəladan uzaq olurlar. Hər çərşənbənin öz xörəyi və xonçası olur; su çərşənbəsində mütləq pak və təmiz su süfrəyə qoyulur, dövrəsinə quru meyvə, rəngbərəng şamlar, qovurğa və digər təamlar əlavə olunur.

Qeyd edək ki, Fevralın 24-də ilk - Su çərşənbəsi, martın 3-də Od, martın 10-da Hava (Yel), martın 17-də isə axırıncı -Torpaq çərşənbəsi qeyd olunacaq.

Tarix
2026.02.16 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla