Yuxarı

"Azəriqaz"ın idarə rəisi işdən çıxarıldı - Araşdırma başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəriqaz"ın idarə rəisi işdən çıxarıldı - Araşdırma başladı

"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi Namiq Məmmədov və həmin qurumun baş mühəndisi Elşən Rəhimov işdən çıxarılıb.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov əmr imzalayıb.

Baş direktorun digər əmri ilə idarə rəisinin səlahiyyətləri müvəqqəti olaraq Samir Həsənova tapşırılıb. O, bundan əvvəl "Azəriqaz" İstehsalat Birliyinin Binəqədi rayonu üzrə satış müdirinin müavini olub.

Xəbərlə bağlı "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyevə bir gün əvvəl sorğu ünvanlasaq da, hələlik rəsmi cavab verilməyib.

Əldə etdiyimiz digər məlumata görə, hüquq-mühafizə orqanları Namiq Məmmədov və İdarənin digər bir neçə vəzifəli şəxsləri ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Namiq Məmmədov bu vəzifəyə qədər Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsini icra edib. O, ötən ilin iyun ayında Ağsu Regional Qazi İstismar İdarəsinin rəisi təyin olunmuşdu.

Tarix
2026.02.17 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla