Yuxarı

"Nar" uşaqların yaradıcılıq təşəbbüsünə dəstək oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar" uşaqların yaradıcılıq təşəbbüsünə dəstək oldu - Foto

Sərfəli mobil operator “Nar” “Qaranlıqdan sonra…” adlı sosial təşəbbüsə dəstək göstərib. Layihə Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən sığınacaqda yaşayan uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, özlərinə inamlarının artırılması və cəmiyyətə inteqrasiyasının təşviqi məqsədilə təşkil olunub.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində uşaqların istifadə olunmuş materiallardan hazırladıqları əl işlərindən ibarət sərgi təqdim edilib. Yararsız hesab edilən sap və digər materiallara ikinci həyat verilməsi həm ekoloji yanaşmanı, həm də uşaqların yaradıcı baxışını əks etdirib. Proqramın davamında Azərbaycan filmlərindən seçilmiş səhnələr musiqi və rəqs elementləri ilə səhnələşdirilərək təqdim olunub. Bu format iştirakçıların səhnə mədəniyyətinin, komanda işi və özünüifadə bacarıqlarının inkişafına şərait yaradıb. Tədbirin sonunda Arzu Əliyevanın iştirakı ilə Birliyin “Özgə uşağı olmur” himni səsləndirilib. Tədbirdən əldə olunan vəsait sığınacaqda yaşayan qızların təhsil ehtiyaclarına yönəldiləcək.

“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaqların təhlükəsiz mühitdə inkişafını, təhsilə çıxış imkanlarının genişləndirilməsini və həssas sosial qrupların cəmiyyətə inteqrasiyasını prioritet istiqamətlərdən biri hesab edir. Şirkət bu kimi təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı təşviq etməklə yanaşı, gələcəyin sağlam və özünəinamlı nəslinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.02.17 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla