Yuxarı

Suyun qiyməti ilə bağlı müzakirələr aparılır - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suyun qiyməti ilə bağlı müzakirələr aparılır - Rəsmi

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirib ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur:

“Bu yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına, maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib. Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib”.

Qurumdan qeyd edilib ki, tarif siyasətinin əsas məqsədi yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır:

“Milli Strategiyaya əsasən diferensiallaşdırılmanın sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə, beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumaları arasında müzakirələr aparılır".

Tarix
2026.02.18 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla